AZ

Peskov: Zelenski razılaşma əldə edə biləcək adam deyil- ÖZƏL

"Vladimir Zelenski Moskvanın hər hansı razılaşma əldə edə biləcəyi şəxs deyil".

Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Peskov jurnalist Pavel Zarubinə müsahibəsində qeyd edib ki, Zelenskinin imzaladığı hər hansı sənəd hüquqi qüvvəyə malik olmayacaq.

"Bu, yazılı şəkildə müqavilə bağlaya biləcəyiniz şəxs deyil, çünki de-yure bu qeyd qeyri-qanuni olacaq. Amma buna baxmayaraq, Putin heç nəyi rədd etmir, danışıqların mümkünlüyünü rədd etmir, deyir ki, orada ölkə Konstitusiyasına uyğun olaraq legitim qurumlar var", - Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, danışıqlar legitim şəxslər tərəfindən deyil, sadəcə olaraq öz sahəsində səlahiyyətli ekspertlər tərəfindən aparılsa da, diplomatik işin nəticələrini məhz legitimliyə malik olanlar qeyd etməlidir. Əgər sənədi qeyri-legitim prezident imzalasa, gələcəkdə onun heç bir səlahiyyəti olmayacaq və istənilən vaxt heç bir şey olmayıb deyə cırıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
olaylar.az

1Mənbələr