AZ

Polis "Dayan" xəbərdarlığına tabe olmayan 19 yaşlı gənci güllələdi

Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki,Fransa Milli mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Manş əyalətinin Çerburq-en-Kotentin şəhərində bir qrup polis zorakılığına etiraz etmək üçün toplaşıb.

Fransada polis dayan xəbərdarlığına tabe olmayan 19 yaşlı gənci güllələyib

“Sulivan” adlı gəncin yaşadığı məhəlləyə toplaşan təxminən 80 nəfərdən ibarət qrup, onu güllələyən polis məmurunun məhkəməsi başlamazdan əvvəl onlarla avtomobili yandırıb, iş yerlərinin şüşələrini sındırıb

.Zorakılıq nəticəsində 3 təhlükəsizlik işçisi yaralanıb.Məhəllədə baş verən hadisələri nəzarətdə saxlamaq üçün bölgəyə yüzlərlə yanğınsöndürən və polis göndərilib.Fəallar Sulivana qarşı “qəsdən adam öldürmə” ittihamı ilə hakim qarşısına çıxan polis məmurunun həbsini  tələb ediblər.

Manş əyalətinin Çerburq-en-Kotentin şəhərində iyunun 9-dan 10-na keçən gecə polis avtomobili ilə sürət həddini aşan sürücüyə “Dayan” xəbərdarlığı edib.

Sürücünün xəbərdarlığa tabe olmadığı üçün baş verən təqib zamanı 3 nəfərlə avtomobildən düşən 19 yaşlı Sulivan qaçmaq istəyərkən polislər tərəfindən güllələnib.

Martın 14-də Parisətrafı Seine-Saint-Denis ətrafı Obervilyedə motosiklet sürücüsü polisin “Saxla” xəbərdarlığına tabe olmayıb və motosiklet təqib zamanı dəstənin maşını ilə toqquşmuşdu.Motosikletin 18 yaşlı sürücüsünün hadisə yerində ölməsi paytaxtda etirazlara səbəb olmuşdu.

Bundan əlavə, Fransa polisi 27 iyun 2023-cü ildə Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.

Naelin ölümü genişmiqyaslı etirazlara səbəb olub, polis zorakılığına reaksiya verənlər müxtəlif şəhərlərdə küçələrə çıxaraq polislə qarşıdurmalara səbəb olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
hurriyyet.az

2Mənbələr