AZ

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Ağdam, 16 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qurban bayramı münasibətilə rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin nəzarəti ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. Xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq qoyunlar paylaşdırılaraq şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilib.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
azertag.az

2Mənbələr