AZ

"Everton"u "Arsenal"a dəyişə bilər

“Arsenal” “Everton” və Belçika millisinin yarımmüdafiəçisi Amadu Onanın transferi üçün hərəkətə başlayıb.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubu keçidin bu yay reallaşmasını istəyir. “Everton” isə belçikalı üçün 50 milyon funt-sterlinq istəyir. “Topçular” maksimum 30 milyon funt-sterlinq ödəyə biləcəklərini qarşı tərəfə bildiriblər.

Ən pis halda isə, “Arsenal” bir futbolçusunu da “Everton”a göndərəcək ki, Onananın keçidini həll edə bilsin. 22 yaşlı yarımmüdafiəçi “Hoffenhaym”II, “Hamburq”, “Lill”də oynadıqdan sonra 2022-ci ildə “Everton”a keçmişdi. Futbolçu 2027-ci il iyunun 30-na qədər Mersisayd klubuna məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
sportal.az

1Mənbələr