AZ

Oğlu ilə qar uçqununa düşən AZƏRBAYCANLI alpinist necə xilas oldu? — VİDEO

İctimaimedia.az xəbər verir ki, “Aydın tarix” verilişinin yeni buraxılışı yayımlanıb.



Verilişin budəfəki sayında Respublika Alpinist-Turist Klubunun sədri Saridan Mursaqulovun müsahibəsi təqdim olunub.



Alpinistin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycanın bir neçə adsız zirvələri fəth edilərək onlara ad verilib. Həmin yüksəkliklərdən biri də ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth olunan “Heydər zirvəsi”dir.



“75 illik yubileyi ərəfəsində Heydər Əliyevə məktub yazaraq ideyam barədə məlumat verdim və onun xeyir-duasını istədim. Daha sonra hazırlıq işlərinə başladıq. Beş gün orada olduq. İki gün dağın ətəyinə yürüş oldu, orada baza düşərgəsi qurduq, sonra 75 nəfərə təlim keçildi. Mayın 10-da səhər saat 4 radələrində yürüşə başladıq və zirvəni fəth etdik. Özümüzlə götürdüyümüz fişəngləri havaya buraxdıq”, – deyə o müsahibəsində söyləyib.



S.Mursaqulov həmçinin zirvələri fəth edərkən yaşadığı çətin anlardan da danışıb:



“2001-ci ildə adsız zirvələrin birini fəth edib, ona “Olimpiya zirvəsi” adı verdik. Hava şəraiti çox pis idi, qar uçqunu gözlənilirdi. Özümlə yeddi nəfəri apardım. Oğlum da operator kimi getmişdi. Cəmi üç nəfərin təcrübəsi var idi. Yürüş zamanı qar uçqununa düşdük. Qarın tərpəndiyini hiss edəndə onlara “Üzün” dedim. Bir də gördüm, yeddi nəfərin hərəsi bir tərəfdən çıxdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
6
ictimaimedia.az

7Mənbələr