AZ

Moskva klubu Niderland yığmasının üzvünün transferindən imtina etdi

"Ayaks"ın futbolçusu Stiven Berqveynin "Spartak"a tranferi baş tutmayıb. Sport24.az Niderland mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi özü də Rusiyaya yollanmağa hazır olub. Lakin Moskva klubu bu keçidddən vaz keçib. Buna səbəb isə "Ayaks"ın yüksək məbləğ tələb etməsi olub.
 
Belə ki, Amsterdam klubu Berqveynə görə qarşı tərəfdən 25 milyon avro istəyib. Bununla yanaşı, futbolçunun fiziki durumu rusları qane etməyib.
 
Qeyd edək ki, yarımmüdafiəçinin Niderland təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sport24.az

1Mənbələr