AZ

"Bu işlər bizi yaxşı yerlərə aparmalıdır" - Luçano Spalletti

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Albaniyanı məğlub etdikləri oyun (2:1) barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb: 

“Bu gün meydanda çox yaxşı işlər gördük. Bu işlər bizi yaxşı yerlərə aparmalıdır. Rəqibi bir neçə dəfə cəzalandırmaq imkanımız oldu, amma bacarmadıq. Oyuna yaxşı başladıq, amma sonra... Buna baxmayaraq, hesabı xeyrimizə dəyişə bildik.

İtaliya millisi Barelladan çox asılıdır? Milli komandanın 26 güclü futbolçusu olduğu üçün fərddən asılı olmamalıdır. Fərddən asılı komanda ideyasını bəyənmirəm

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
fanat.az

1Mənbələr