AZ

Rusiyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir

Rostov istintaq təcridxanasında əməkdaşları girov götürən məhkumlardan bir neçəsinin şəxsiyyəti artıq müəyyən edilib.

Bizim.Media xəbər verir ki, təcridxanada üsyan edənlərdən Akiyev Şamil, Qiriyev Tamerlan, Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər.

Onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar.

Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
bizim.media

4Mənbələr