AZ

Nadir İsrafilov: “Uşaqların fiziki və mənəvi sağlamlığına qayğı yalnız ailə çərçivəsində məhdudlaşmır.”

TehsilForumu.Az xəbər verir ki , ötən gün əsası Ümummill liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.Dövlətimiz tərəfindən ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılması, bunun ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini, Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olmasını, sağlamlıq imkanları məhdud uşaqların təhsillə əhatə olunmasını, çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasının necə həyata keçirilməsini Sumqayıtda Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə təşkil olunan “Son zəng” tədbirində bilavasitə canlı şahidi olduq.Valideyn və uşaqların, kollektiv üzvlərinin və qonaq qismində dəvət olunanların timsalında bir daha təsdiqləndi ki, xalqımızın mentalitetində uşaqların fiziki və mənəvi sağlamlığı böyük-kiçik münasibətləri yalnız ailə çərçivəsində məhdudlaşmır. Bu qayğı və hörmət cəmiyyətdə və dövlətdə də qorunub saxlanır. Bu bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən biridir. Dövlətimiz də həmişə uşaqlara və yaşlılara xüsusi qayğı göstərir. Bu qayğı bizim müqəddəs və mənəvi borcumuzdur.Kiçik və fərqli yaşlı uşaqlar tərəfindən təqdim olunan rəqslər və icra olunan digər kompoziyalar hər kəs tərəfindən sevinc və qürur hissi ilə, sürəkli alqışlarlarla qarşılandı. Hər bir iştirakçıda elə bir təəssürat yarandı ki, sanki bu uşaqlar sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin uşaqları deyil, sıradan olan bir ümumtəhsil məktəblərinin uşaqlarıdır.Yeri gəlmişkən, məktəbdə olarkən onu da öyrəndik ki, məktəb 1996 cı ildən Ayət Kərimovanın rəhbərliyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün İnteqrasiya təlimli internat tipli gimnaziya” adı ilə fəaliyyətə başlayıb. Hal hazırda yeni adda - Abşeron-Xızı Regional Təhsil İdarəsi nəzdində Sumqayıt şəhər “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb” kimi fəaliyyət göstərir. Məktəbdə 382 şagird təhsil alır. 2022 ci ildən təcrübəli və peşəkar pedaqoq Arzu Alızadənin rəhbərlik etdiyi məktəbdə 42 tərbiyəçi 70 müəllim çalışır. Məktəbin səmimi və mehriban kollektivi, şagirdlərə öz sevgi və qayğılarını əsirgəməmək üçün əllərindən gələni edirlər, onların təlim-tərbiyəsi, cəmiyyətə daha aktiv adaptasiya olunmaları üçün təlim-tərbiyənin bütün üsul və vasitələrindən istifadə edirlər. Məktəb rəhbərliyinə və qayğıkeş kollektivinə gələcək fəaliyyətlərində də yeni uğurlar arzulayaraq,  xoş təəssüratlarla və bir daha görüşmək arzusu ilə məktəbi  tərk etdik.Nadir İsrafilov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
tehsilforumu.az

2Mənbələr