Zəngilam,16 iyun, Aydın Yavərzadə AZƏRTAC
Bu gün Zəngilan şəhər məscidində ilk dəfə olaraq Qurban bayramının namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ibadətdə Ağalı kəndinin sakinləri və bir sıra din xadimləri iştirak ediblər. Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.