AZ

Əfsanəvi Qretskinin rekordu qırıldı

Konnor MakDevid əfsanəvi hokkeyçi Veyn Qretskinin rekordunu qırıb. Bu rekord bir pley-off oyununda ən çox asist etməkdir.

“Edmonton Oylers”in kapitanı “Florida Panters” ilə Stenli Kubokunun final seriyasının dördüncü oyununda (8:1, ümumi hesab 1:3) 4 (1+3) xal qazanıb.

27 yaşlı forvard MHL-in cari pley-off mərhələsində 22 oyunda 38 xal (6+32) toplayıb. O, ən məhsuldar hokkeyçilər yarışında liderlik edir.

MakDevid bir pley-off seriyasında ən çox asist etməklə də yeni MHL rekordu müəyyənləşdirib.

Qeyd edək ki, Veyn Qretskinin 1988-ci ildə Edmontonda çıxış etdiyi vaxtda 19 oyunda 31 məhsuldar ötürmə etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
futbolinfo.az

1Mənbələr