Bakı. Trend:
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotiktərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinənrayon sakini Aydın Hidayətov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun həyətyanı sahəsinəbaxış zamanı 33 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davametdirilir.