AZ

“Araz Saatlı”nın prezidenti: “Başladığımız işləri davam etdirəcəyik”

"Çempionatda yerimizi qorumaq üçün maksimum çalışdıq. Təəssüf ki, alınmadı. Buna baxmayaraq, həvəsdən düşmürük, yaşananlara "hər şeydə xeyir var" düşüncəsiylə yanaşır və peşəkarlaşmaq yolunda işlərimizi davam etdirəcəyik". Bu sözləri Sport24.az-a "Araz Saatlı"nın prezidenti Ədalət Abdullayev deyib.
 
Komandanın II Liqaya yuvarlanmasına baxmayaraq, Abdullayev çxıdıqları yoldan dönməyəcəklərini də vurğulayıb: "Növbəti mövsümdə II Liqada çıxış edəcəyik. Buna rəğmən, başladığımız işləri davam etdirəcəyik. Bazanın tikilməsi və infrastrukturun yaradılması yaddan çıxmayacaq. Bu məsələdə bizə yardım edəcək sponsor da tapmışıq. Yaxın günlərdə onlarla daha detallı söhbətlər edib, münasibəti rəsmləşdirəcəyik".
 
Qeyd edək ki, dünən keçirilən I Liqaya vəsiqə uğrunda pley-offun cavab matçında "Cəbrayıl" səfərdə "Araz Saatlı"nı 3:1 hesabı ilə məğlub edib.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
sport24.az

1Mənbələr