AZ

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir

İmam:

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin qazılar şurasının üzvi, Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov söyləyib. O vurğulayıb ki, bu bayram məhz İbrahim Əleyhsalamdan başlayır.

Ş. Rəsulov qeyd edib ki, hazırkı dövrdə Qurban bayramı dünya müsəlmanları tərəfindən xüsusilə qeyd edilir. “Bu bayramın ən gözəl xüsusiyyətlərindən biri odur ki, insanlar Həcc ziyarətinə, Məkkə və Kəbəyə gedirlər. Orada həcc əməllərini yerinə yetirirlər",- deyə imam söyləyib.

"Dünən ərəfə günü idi və bizim zəvvarlar da bu gün artıq Minaya gedib, şeytanı daşlayıb öz qurbanlarını kəsirlər. Qurban kəsmək Həcc ziyarətində olan insanlar üçün vacib əməllərdən sayılır”, - deyə Ş. Rəsulov diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
azertag.az

2Mənbələr