AZ

Messi karyerasını bitirir - Yerinə O GƏLƏCƏK - Foto

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasının son dövrünə qədəm qoyarkən Argentinanın yeni ulduzunun kim olacağı da gündəmdədir.

Yenisabah.az xəbər verir ki, Messi Valentin Karboninin böyük gələcəyi olduğunu bildirərək, həm gələcəyi, həm də bu günü təmsil etdiyini açıqlayıb. Argentinalı ulduz əlavə edib:

“Mən artıq onu U20 millisində izləmişəm, lakin o, çox inkişaf edib. Ondan faydalanmalıyıq. Onun inanılmaz keyfiyyəti var" . SEO Xidməti

Qeyd edək ki, Valentin Karboni The Guardian qəzeti tərəfindən 2022-ci ildə ən yaxşı 60 gənc istedad siyahısına daxil edilib. 5 mart 2005-ci il təvəllüdlü futbolçu 1,85 boyundadır və 10 nömrə mövqeyində çıxış edir. İki dəfə Argentina millisində çıxış edən 19 yaşlı futbolçu “İnter”in futbolçusudur. Ötən mövsüm o, İtaliya A Seriyasının komandalarından olan "Monza"da icarə əsasında çıxış edib. Onun bazar dəyəri 15 milyon avro olaraq göstərilir.

Aytac Şahin


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
529
1
yenisabah.az

2Mənbələr