Bakı. Trend:
İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktikifasilə verildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "АВС" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsindəfasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədərnövbəti xəbərdarlığa qədər qüvvədə olacaq.
Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yükmaşınlarının "Kerem-Şalom" keçid məntəqəsindən keçməsini təminetməkdir.
Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardımagentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.