İyunun 12-də Ermənistan parlamentinin binası yaxınlığında polislə toqquşma nəticəsində daha 5 nəfər həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.
O aydınlaşdırıb ki, şənbə günü parlament binası yaxınlığında saxlanılan 28 nəfər sərbəst buraxılıb. Eyni zamanda videomateriallar əsasında həbslərin ikinci dalğası başlayıb: “Artıq 8 nəfər saxlanılıb, onlardan beşi barəsində həbs qətimkan tədbiri seçib. Daha üç nəfərlə bağlı qərarlar iyunun 16-da açıqlanacaq”.
Saxlanılan şəxslər xuliqanlıqda ittiham olunurlar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta