AZ

Luçano Spaletti: "Mövcud vəziyyət bizi uğura aparmırsa, yaşananlar mənasız olaraq qalır"

"Oyunboyu tez-tez fikrimizi dəyişirdik". Sport24.az xəbər verir ki, bunu İtaliyanın baş məşqçisi Luçano Spaletti Albaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
65 yaşlı mütəxəssis görüş ərzində daha çox qol vurmaq fürsətlərinin olduğunu bildirb: "Qarşılaşma ərzində bir çox maraqlı məqamlar yaşandı. Lakin mövcud vəziyyət bizi uğura aparmırsa, yaşananlar mənasız olaraq qalır. Rəqibi cəzalandırmaq üçün bir neçə şansımız oldu, amma yararlana bilmədik. Oyunboyu tez-tez fikrimizi dəyişirdik. Geriyə doğru ötürmələrdə səhvə yol verirdik. Bu yığmanın 26 futbolçusu var və hər biri lazımlı oyunçudur".
 
Qeyd edək ki, B qrupunun ikinci matçında İtaliya Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
sport24.az

2Mənbələr