AZ

İspaniyanın baş məşqçisi: "Gənc komanda ilə matçboyu konsentrasiyanı əldə saxlamaq xüsusilə..."

"İtaliya ilə oyun barədə düşünməyə başlamışıq". Sport24.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
62 yaşlı mütəxəssis qalib gəldikləri üçün xoşbəxt olduğunu bildirib: "Qələbə qazanmaq gözəl hissdir. Yaxşı başlanğıç özümüzə inamı bir qədər də artırdı. Meydanın hər qarışı uğrunda mübarizə aparırdıq. Belə bir gənc komanda ilə matçboyu konsentrasiyanı əldə saxlamaq xüsusilə xoş idi. İtaliya ilə oyun barədə düşünməyə başlamışıq".
 
Qeyd edək ki, B qrupunun ilk matçında İspaniya Xorvatiyaya 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
sport24.az

2Mənbələr