AZ

Basketbolçularımız Fransaya məğlub olub mübarizəni dayandırdı

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 1/4 finalda ev sahibi Fransaya qarşı mübarizə aparıb.
 
Basketbolçularımız güclü rəqiblə görüşdə 20:21 hesabı ilə uduzublar.
 
Qeyd edək ki, millimiz D qrupunda Filippinlə 22:17 hesabı ilə qalib gəlib, Niderlanda 12:21 hesabı ilə uduzub. Komandamız növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
sport24.az

2Mənbələr