Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer və azərbaycanlı pianoçu Suada Hacızadə evlilik ildönümü qeyd edib.
Medianews.az axşam.az-a istinadla xəbər verir ki, Suada ailə qurmalarından 3 il keçdiyini vurğulayıb. O, bu münasibətlə Bakıda çəkdirdikləri fotonu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Kristofer və Suada 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar.