AZ

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

“Ukraynada “davamlı sülh”ün bərqərar olması Kiyev üçün məqbul şərtlərlə baş verməlidir”.

AZƏRTAC “Sky News”a istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, İsveçrədə keçirilən Ukrayna üzrə sülh konfransı Avropa qitəsində münaqişəyə son qoymaq üçün beynəlxalq ictimaiyyətin əzmini nümayiş etdirir.

O, “Düzgün iş, ərazi bütövlüyü prinsipləri və BMT Nizamnaməsi əsasında Ukrayna üçün məqbul olan şərtlərlə davamlı sülhün həllini tapmaqdır”, -deyə bildirib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
ilk.az

5Mənbələr