AZ

Mingəçevirdə qəza baş verən qayıqda 10 nəfər yanıb: ÜÇÜ UŞAQDIR (VİDEO)

7NEWS.az xəbər verir ki, onlar Goranboy rayon sakinləri 1982-ci il təvəllüdlü Şirinov Emil Arzu oğlu, 1987-ci il təvəllüdlü Əhmədova Kamilə Akif qızı, 2011-ci il təvəllüdlü Şirinov Həsən Emil oğlu, Ağdam rayon sakini Məhərrəmov Sahil Emin oğlu, 2018-ci il təvəllüdlü Xocalı rayon sakini Orucova Afət Seymur qızı, 1990-cı il təvəllüdlü Orucova Nəzakət Mərkəz qızı, 2014-ci il təvəllüdlü Orucov Əli Seymur oğlu 2014 və qayıqçı olmaqla 10 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Mingəçevir Şəhər Mərkəzi xəstəxanasının Acil şöbəsinin növbətçi həkimi Mənsurə Xəlilova bildirdi ki, 15.06.2024 cü il tarixdə, axşam saatlarında Kür çayı sahilində katerin alışıb yanması nəticəsində Təcili yardım şöbəsinə 10 xəstə müraciət edib. Onlardan ikisi orta ağır olaraq dəyərləndir və stasianar yatışa, cərrahiyə şöbəsinə yerləşdirilib. 10 xəstədən üçü uşaq olaraq qeydə alınıb. Yüngül travmalardı, onlarda üzün, başın, qarının yanıq hissələri qeydə alınıb. İki xəstədən başqa digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, artıq Kür çayında bu il 3-cü yanğınla bağlı qəza baş verir, lakin aidiyyati qurumlar susur. Vannadan düzəldilən qayıqlarla əhalini təhlükə altına salırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
7news.az

1Mənbələr