AZ

Avropa Çempionatında növbəti rekord

AVRO-2024-ün B qrupunun I mərhələsinin İtaliya - Albaniya oyununda 16 dəqiqə ərzində üç qol vurulub. Qeydə alınan bu nəticə Avropa çempionatı tarixində rekord göstəricidir. AVRO-2024-ün B qrupunun I mərhələsinin İtaliya - Albaniya oyununda 16 dəqiqə ərzində üç qol vurulub. Matc.az xəbər verir ki, qeydə alınan bu nəticə Avropa çempionatı tarixində rekord göstəricidir. Bundan əvvəl üç qolun vurulduğu ən erkən göstərici AVRO-2016-nın 1/8 final mərhələsinin İngiltərə - İslandiya matçında (2:1) 18 dəqiqə olub. Qeyd edək ki, komandalar bir-biri ilə cəmi dörd dəfə qarşılaşıb. İtaliya millisi bütün görüşlərdə qalib gəlib. Ümumi top fərqi 7:1 İtaliyanın xeyrinədir.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
matc.az

1Mənbələr