AZ

ABŞ İsrailin artan təkəbbüründən narahatdır – Ərdoğan

Bakı, TurkicWorld:

Hesab edirəm ki, ABŞ da İsrailin artan təkəbbüründən narahatdır

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Ümid edirəm ki, biz birlikdə düzgün addımlar atacağıq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı verəcəyi qərarlar bundan sonra çox fərqli istiqamətdə inkişaf edəcək. Təbii ki, cənab Baydenin bu planın seçki sərmayəsi olmadığını, Fələstindəki qırğınlara son qoymaq üçün atılan həqiqi və səmimi bir addım olduğunu sübut etməsi gözlənilir. Kağız üzərində nə qədər qərarların İsrail tərəfindən görməzlikdən gəldiyini hamımız bilirik”,- deyə Ərdoğan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
turkic.world

1Mənbələr