AZ

Şuşa konfransından deputatların rəyləri-Fotolar

Xəbər verdiyimiz kimi  Bu gün  Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda plenar sessiya təşkil olunub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsindən danışıb. O qeyd edib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır.

 

 

Konfransda  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış  edib.

 

*****

Yeni Azərbaycan Partiyası Sədr müavini, Baş nazirin müavini Əli Əhmədov çıxış edib.

*****

Şuşada keçirilən konfransda  Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, millət vəkililləri, xarici qonaqlar iştirak edirlər. 

Panel sessiyaları keçirilir.

Millət vəkilləri konfrans barədə sosial  hesablarında paylaşım ediblər. XALQ.AZ fikirləri təqdim edir:

 

Milli Məclisin deputatı Aydın Hüseynov 

Şuşada qardaş ölkələrdən gələn nümayəndələrin iştirakı ilə Şuşa Bəyannaməsinin 3 -cü il dönümünə həsr olunmuş beynəlxalq konfransda Türk dövlətlərinin gələcəyinə unvanlanan addımların fundamental əsasları yaranır

 

*****

  Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud

Milli Qurtuluş Günündə və Müqəddəs Qurban bayramı ərəfəsində 8 Türk Dövləti bir arada: Biz birlikdə güclüyük!

Bayramınız mübarək olsun!

*****

 Milli Məclisin deputatı Ceyhun Məmmədov

İllər öncə hər birimizin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Artıq arzularımız həyata keçib.

Bu gün Qarabağ və Şərqi Zəngəzur mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Qurtuluş günündə, Şuşa bəyannaməsinin imzalandığı tarixi gündə, türk dünyasının və islam dünyasının mədəniyyət paytaxtı Şuşada olmaq ayrıca qürurdur. Qurtuluşumuz, xilas günümüz mübarək!

××××

 Milli Məclisin deputatı Azər Badamov 

15 iyunda Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin aparıcı siyasi partiyaların iştirakı ilə keçirilən beynəlxalq konfransda iştirak edirik. Konfransda region və qlobal əhəmiyyətli çox vacib məsələlər müzakirə olunur.

####

Milli Məclisin deputatı Emin Hacıyev

×××

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Bu gün millət vəkili həmkarlarım və partiyadaşlarımızla birlikdə Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda iştirak etdik. Konfransda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiya təşkil edilib.

Seçilən
119
xalq.az

1Mənbələr