AZ

Zakaryan: “Ermənistan “Orta Dəhliz”dən kənarda qalacaq”

“Ermənistan “Orta Dəhliz” layihəsindən kənarda qalacaq”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib.
O bildirib ki, hazırda ən əlverişli nəqliyyat-kommunikasiya layihəsi olan “Orta Dəhliz” layihəsinə qoşulmaq imkanlarının itirilməsi Ermənistan hökumətinin səriştəsizliyi üzündən baş verib. “Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr yeni alternativ nəqliyyat dəhlizləri vasitələrinin axtarışı ilə məşğuldur. Onlardan biri Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, daha sonra Türkiyə və Avropa ölkələrindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR)-dir. Lakin Ermənistan Qarabağı itirmək bahasına olsa belə, bu layihədən kənarda qalıb”.
Zakaryan onu da deyib ki, bu layihədə təmsil olunmaqla Ermənistan böyük maliyyə imkanlarına sahib ola bilərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
tribunainfo.az

2Mənbələr