AZ

“Minimum hədəfimiz 4 xal olacaq”

“İlk hissədə rəqib çox sürətli idi və biz meydanda özümüzə yer tapa bilmirdik”. Bunu Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Almaniya ilə keçirilən AVRO-2024-ün açılış görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

60 yaşlı mütəxəssis Almaniya millisinin əla komanda olduğunu bildirib: “Onlar çox əla komanda formalaşdırıblar. Təəssüf ki, başabaş mübarizə apara bilmədik. İlk hissədə rəqib çox sürətli idi və biz meydanda özümüzə yer tapa bilmirdik. Qarşıda bizi növbəti oyunlar gözləyir. Diqqətli olub, qarşıdakı matçlara köklənməliyik. Minimum hədəfimiz 4 xal olacaq”.

Qeyd edək ki, AVRO-2024-ün A qrupunun ilk matçında Almaniya Şotlandiya yığmasına 5:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
futbolinfo.az

1Mənbələr