AZ

“Komandamın hər bir üzvü tərifə layiqdir”

“Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı”. Bu sözləri Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Şotlandiya ilə keçirilən AVRO-2024-ün açılış görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis oyundan əvvəl belə bir nəticəyə inandığını söyləyib: “Qarşılaşmadan əvvəl belə bir hesab desəydilər, inanardım. İlk 20 dəqiqə çox fərqli oyun nümayiş etdirdik. Qarşılaşmanın əvvəlində vurduğumuz qollar işimizi asanlaşdırdı. Camal Musiala və Florian Virts baxımlı qollar vurdular. Onların performansından çox razı qaldım. Sevinirəm ki, komandamın hər bir üzvü tərifə layiqdir. Macarıstanla görüşdə daha fərqli Almaniya görəcəksiniz”.

Qeyd edək ki, AVRO-2024-ün A qrupunun ilk matçında Almaniya Şotlandiya yığmasına 5:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
futbolinfo.az

1Mənbələr