AZ

Qubada 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Quba şəhərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

 

15 iyun 2024-cü il tarixdə Milli Qurtuluş Günü münasibətilə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülmüşdür. Ümummilli Lider Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.

Ziyarət başa çatdıqdan sonra qeyd olunan parkda yerləşən “Yaşıl teatr”da Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilmiş, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, RİH-nin məsul şəxsləri, YAP Quba rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və tələbələr iştirak etmişdir.

Konsert proqramında rayonumuzun mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr edilmiş və vətənpərvərlik ruhunda hazırlanmış musiqi nümunələri ifa edilmiş, rəqs nümunələri nümayiş etdirilmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
xalq.az

1Mənbələr