AZ

Tovuzlular üçün şad xəbər: icazə alındı, işlər bərpa olundu

Tovuz şəhər stadionunun ərazisində tikilən futbol akademiyasının binasında bir müddət idi işlər dayanmışdı. 

Rekord.az xəbər verir ki, buna səbəb bəzi dövlət qurumlarının tikinti üçün müvafiq icazəni verməməsi idi. 

Aldığımız son məlumata görə, klub rəhbərliyinin aylardı sürən cəhdləri nəhayət bəhrəsini verib və tikinti üçün bütün icazələr alınıb. Artıq bir müddətdir ki, işçi briqadası da işlərə başlayıb. İlin sonuna kimi akademiya binası içinin avadanlıqlarına kimi hazır edilib tam şəkildə istifadəyə veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
rekord.az

1Mənbələr