AZ

Avro-2024: Virtsdən iki rekod

Almaniya millisi Avro-2024-ün ilk oyununda Şotlandiyanı məğlub edib – 5:1.

Futbolpress.az xəbər verir ki, almanların və turnirin ilk qolunu vuran Florian Virts iki rekorda imza atıb.

21 yaşlı hücumçu Almaniya yığmasının Avropa çempionatlarında qol vuran ən gənc futbolçusu adını qazanıb. O, eyni zamanda turnir tarixində final mərhələlərində fərqlənən ən gənc oyunçu statusunu alıb.

Almaniya millisi ikinci oyunda iyunun 19-da Macarıstanla üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
futbolpress.az

2Mənbələr