AZ

Göyçayda avtomobil su arxına düşdü

Göyçayda yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə bu gün axşam 22:30 radələrində rayonun Göyçay - Ucar yolunun Potu kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürətlə hərəkət etməkdə olan "OKA" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarından keçən su arxına düşüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Göyçay rayon polis idarəsinin yol polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
metbuat.az

1Mənbələr