Aprel ayında “Avrozona”da 15 milyard avroluq xarici ticarət profisiti yaranıb.

İndex.az xəbər verir ki, “Avrozona”da ixrac aprel ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 247,5 milyard avroya, idxal isə 1,8% artaraq 232,5 milyard avroya çatıb.

Avropa İttifaqının ixracı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% artaraq 222,1 milyard avroya, idxalı isə 0,3% artaraq 208,1 milyard avroya çatıb.

Bununla da, aprel ayında Aİ-də milyard avroluq  ticarət profisiti yaranıb.

Sözügedən dövrdə Aİ ölkələrindən edilən idxala 45,9 milyard avro ilə ABŞ, 29,4 milyard avro ilə İngiltərə, 19,2 milyard avro ilə Çin, 18,4 milyard avro ilə İsveçrə və 9,7 milyard avro ilə Türkiyə başçılıq edib.