AZ

Fidan: Bizim qarşımızda Ukraynanın sülh planı var

Ukrayna ilə bağlı İsveçrədə keçirilən konfrans Rusiya da iştirak etsəydi, daha səmərəli ola bilərdi.

“İki sahil” xəbər verir ki, bunu İsveçrənin Bürgenstok şəhərində keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Bizim qarşımızda Ukraynanın sülh planı var. Rusiya bu yaxınlarda bəzi şərtlərlə çıxış etdi. Göstərilən şərtlərə baxmayaraq, bunlar bizim sülh nizamlanması məsələsində hərəkətə başlaya biləcəyimiz kontekstdə mühüm addımlardır. Hazırkı konfrans bəlkə də körpüdən əvvəl yolu döndərmək üçün son fürsətdir. Onu da qeyd etməliyəm ki, qarşı tərəf, Rusiya burada, otaqda olsaydı, bu sammit daha çox nəticəyönümlü ola bilərdi. Biz əminik ki, diplomatiya üçün hərtərəfli və əhatəli strategiyaya ciddi ehtiyac var”, - deyə Fidan bildirib.

Onun fikrincə, münaqişə daha da pisləşməyə meyllidir: “Bu müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər”.

Tyürkiyəli nazir qeyd edib ki, Türkiyə Ukrayna münaqişəsinin lap əvvəlindən onun həlli üçün fəal diplomatik səylər göstərir: “2022-ci ilin mart ayında İstanbul danışıqları və Qara Dəniz Taxıl Təşəbbüsü açıq şəkildə göstərdi ki, Türkiyə həmişə olduğu kimi bu prosesi asanlaşdırmağa hazırdır”.

H.Fidan Türkiyənin hər zaman Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini vurğulayıb: “Bizim sülh yolu ilə nizamlanma perspektivlərinə baxışımız realdır, hərtərəfli və praktikdir. Bu məqsədə çatmaq üçün biz irəliyə doğru yol tapmaqda qərarlıyıq. Prezidentimiz Ərdoğanın dediyi kimi, “Ədalətli dünyanın itirənləri olmayacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
ikisahil.az

10Mənbələr