AZ

Nuray Əbilova Avropa birinciliyində gümüş medal qazandı

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.

Futbolpress.az xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılır.

Bu gün onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb və 5-ci olub.

Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
5
futbolpress.az

6Mənbələr