AZ

AVRO-2024: İspaniya - Xorvatiya qarşılaşmasının ən yaxşısı seçildi

İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda Xorvatiya ilə oyunun ən yaxşısı seçilib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Ruis qarşılamda bir qol və bir məhsuldar ötürmə edib. Oyun Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya 3:0 hesabı ilə qalib gəlib. Fabian Ruis 2019-cu ildən İspaniya millisində çıxış edir. Ümumilikdə futbolçu komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
matc.az

1Mənbələr