AZ

Premyer Liqanı tərk edən klubu “divara dirəyən” legioner “Sportinfo”ya danışdı

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq “Qəbələ”də əsas problem dörd legionerlə müqavilə müddətinin davam etməsidir.

Bilel Auaşeriya, Zurab Oçiqava, Samuel Tetteh, Kristof Atanqana – məvacibi yüksək olan əcnəbilərdən qurtulmaq üçün yeganə çıxış yolu onlarla ortaq dil tapmaqdır.

Lakin hələ ki, bu yöndə yenilik yoxdur. Danışıqlar davam etsə də, klubun xeyrinə nəticə hasil olmayıb.

Bilel Sportinfo.az-a məsələ ilə bağlı açıqlama verib:

“Hazırda klubla müqaviləm var və an etibarı ilə “Qəbələ”nin futbolçusu sayılıram. Mövsümün sonunda klub rəhbərliyi ilə görüşüb söhbət etmişdik. Gələcəyimlə bağlı müəyyən müzakirələrimiz olmuşdu.

Lakin bu günə qədər qərar qəbul olunmayıb. Kluba və mənə hansı variantın sərfəli olması ilə bağlı danışıqlarımız davam edir”.

Maraq üçün bildirək ki, “Qəbələ” 30 yaşlı futbolçuya qarşılıqlı razılıq əsasında yolların ayrılmasını təklif etsə də, aylıq məvacibi 14 min dollar olan “20 nömrə” klubdan təzminat tələb edir.

Bilel Auaşeriya ilə bölgə təmsilçisi arasındakı sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
sportinfo.az

1Mənbələr