AZ

Moldova beynəlxalq ictimaiyyəti Ukraynada sülh layihəsi hazırlamağa çağırıb

Moldova prezidenti Maia Sandu Ukraynadakı münaqişədən danışaraq beynəlxalq ictimaiyyəti fundamental sülh layihəsi hazırlamağa çağırıb.

 

Bu barədə RİA Novosti məlumat yayıb.

 

İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda o, sülhün qorunmasının vacibliyindən danışıb. "Biz yalnız öz sərhədlərimiz baxımından sülh və təhlükəsizlik haqqında düşünə bilmərik, biz Avropada sülh və sabitliyə ən yaxşı sərmayə olacaq fundamental sülh layihəsi hazırlamalıyıq", - Sandu vurğulayıb.

 

Siyasətçi Moldovanın Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək etməyə hazır olmasından da danışıb.

 

Bundan əvvəl Meksikanın xarici işlər naziri Alisiya Barcena Rusiyanın Ukrayna üzrə danışıqlarda iştirakının vacibliyini bəyan edib.

 

O qeyd edib ki, ölkə sülh və təhlükəsizliyin qurulması naminə bütün dövlətlərlə hörmətli dialoq aparır.

 

Nigar

 

Seçilən
143
oxu24.com

1Mənbələr