AZ

Mingəçevirdə qayıq yandı - Xəsarət alanlar var (YENİLƏNİB)

Mingəçevirdə qəza baş verən qayıqda 8 nəfər xəsarət alıb.
Saytımız yanğın zamanı yaralanananların adlarını əldə edib.
Onlar Goranboy rayon sakinləri 1982-ci il təvəllüdlü Şirinov Emil Arzu oğlu, 1987-ci il təvəllüdlü Əhmədova Kamilə Akif qızı, 2011-ci il təvəllüdlü Şirinov Həsən Emil oğlu, Ağdam rayon sakini Məhərrəmov Sahil Emin oğlu, 2018-ci il təvəllüdlü Xocalı rayon sakini Orucova Afət Seymur qızı, 1990-cı il təvəllüdlü Orucova Nəzakət Mərkəz qızı, 2014-ci il təvəllüdlü Orucov Əli Seymur oğlu 2014 və qayıqçı olmaqla 8 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

***

21:00

Mingəçevirdə Kür çayında qayıq yanıb.

Məlumata görə, gəzinti qayığında baş verən yanğın hadisəsi zamanı 5 nəfər müxtəlif bədən və yanıq xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb./Unikal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
334
26
7news.az

10Mənbələr