AZ

Xərçəng xəstəsi olan şahzadəsi Keyt ilk dəfə xalq qarşısına çıxıb –VİDEO

Britaniyanın şahzadəsi Keyt Uelst xərçəng aşkar edildikdən 5 ay sonra  ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Azpost.info bildirir ki, bu barədə Reuters xəbər verir.

Açıq rəngli geyimdə olan Keyt Britaniya monarxı Kral Çarlzın rəsmi doğum günü münasibətilə Bukingem Sarayının qarşısında hər il keçirilən hərbi paraddan əvvəl üç uşağı ilə birlikdə karetaya minib.

Küçələrdə düzülən izdihamlı insanlar kareta keçərkən əllərini yelləyib alqışlayıblar. Çarlz kraliça Kamilla ilə ayrı karetada, onların ardınca Çarlzın varisi və digər kral ailə üzvləri ilə keçib.

42 yaşlı Keyt xərçəng diaqnozu qoyulandan bəri profilaktik kimyaterapiyadan keçib. Müalicə nəticəsində vəziyyəti yaxşılaşıb. Bu ona keçən ilin dekabrından bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış etməyə imkan verib.

 

Seçilən
173
4
azpost.info

4Mənbələr