AZ

HadisəKürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
156
12
far.az

10Mənbələr