AZ

Azərbaycan və Serbiyanın müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini  müzakirə ediblər

İyunun 14-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Serbiya müdafiə naziri Bratislav Qaşiçi qəbul edib.

Görüş zamanı Həsənov iki ölkə arasında tərəfdaşlığın, o cümlədən hərbi sahədə əməkdaşlığın strateji xarakter aldığını qeyd edib.

Öz növbəsində Qaşiç Azərbaycanı İkinci Qarabağ Müharibəsində qələbə münasibətilə təbrik edib və bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını təsdiqləyib.

Daha sonra tərəflər hərbi və hərbi-texniki sahələrdə əlaqələrin inkişaf perspektivlərini, habelə hərbi təhsil məsələlərini ətraflı müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
turan.az

1Mənbələr