AZ

Antoni Nvakaeme yenidən “Trabzonspor”da - Rəsmi

Türkiyənin “Trabzonspor” klubunun sabiq sol vingeri Antoni Nvakaeme yenidən Super Liqa təmsilçisinin düşərgəsinə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçu ilə imzalanan müqavilənin müddəti və detalları barədə məlumat verilməyib. Amma 35 yaşlı futbolçunun ən azı qarşıdakı mövsümün sonunadək bu komandada çıxış edəcəyi dəqiqdir.

Xatırladaq ki, Antoni Nvakaeme 2018-ci ilin avqust ayından 2022-ci ilin avqustuna qədər məhz “Trabzonspor”un formasını geyinib. O, bu komandanın heyətində 4 mövsüm ərzində 145 oyuna çıxıb, 47 qola imza atıb, 40 məhsuldar ötürmə müəllifi olub. Nvakaeme “Trabzonspor”la həm Türkiyə çempionu olub (2021/2022), həm Türkiyə Kubokunu qazanıb (2019/2020), həm də Türkiyə Super Kubokunda zəfər yaşayıb (2020/2021).

Nvakaeme 2022-ci ilin avqustunda “Trabzonspor”u azad agent kimi tərk edərək Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna keçmişdi. O, sözügedən komandada keçirdiyi 2 il ərzində 55 oyuna çıxıb, 15 qol vurub, 8 assistlə yadda qalıb.

Nigeriyalı vinger karyerası ərzində “Hapoel” (Beer Şeva), “Universitatya” (Kluj), “Arieşul” (Turda), “Petrolul”, “Hapoel” (Ra Anana) kimi klubların da formasını geyinib.

Nvakaeme Nigeriya yığmasında cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
arena.az

1Mənbələr