AZ

Rusiya Ermənistanla xarici dünya arasında dəmir yolu əlaqəsini bərpa edib

Təbii fəlakətdən sonra Rusiyanın köməyi ilə Ermənistanla Gürcüstan arasında dəmir yolu bərpa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk deyib.

Overçukun sözlərinə görə, Rusiya Gürcüstanla dəmir yolu əlaqəsini rekord müddətdə bərpa etməklə Ermənistan xalqına çətin anlarda kömək edib.

"Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolu həyati əhəmiyyətli yüklərin çatdırılması üçün əsas kanaldır və onun uzun müddət kəsilməsi əhalinin ərzaq və yanacaqla təmin olunması baxımından çox ciddi mənfi nəticələrə səbəb ola bilər", - baş nazirin müavini bildirib.

Hökumət başçısının müavininin qeyd etdiyi kimi, rusiyalı ekspertlər erməni həmkarları ilə birlikdə dəmir yolunun təbii fəlakət nəticəsində zədələnmiş hissəsini təmir etmək üçün gecə-gündüz işləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
operativmm.az

1Mənbələr