AZ

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı  30% artıb

Azərbaycanda Azərbaycanda əczaçılıq məhsullarının istehsalı

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 849,8 milyon manatlıq məhsul istehsal edilib.

E-saglam.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 29,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7%, kimya sənayesi məhsullarının istehsalı isə 5,1% artıb.

Beş ayda kimya sənayesi məhsullarından karbamid istehsalı 64,4%, metanol istehsalı 20%, yapışqan və yapışdırıcı maddələr istehsalı 4,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,6 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 75,3%, polietilendən kisə və çantalar istehsalı 55,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 23,2% artıb. (APA)

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
5
e-saglam.az

6Mənbələr