AZ

Pentaqon kvant lazerinin yaradılması üçün 1 milyon dollar ayırıb

Pentaqonun Qabaqcıl Layihələr Agentliyi (DARPA) döyüş lazer sistemlərinin çatışmazlıqlarını aradan qaldıracaq texnologiyanın inkişafı üçün 1 milyon dollar ayırıb.

News365.az xəbər verir ki, bu barədə xarici KİV  məlumat yayıb.

Qeyd edilir ki, tədqiqat üçün qrant Sent-Luisdəki Vaşinqton Universitetinə göndərilib. İddialara görə, elm adamları güclü və cəmlənmiş lazer şüası yaratmaq üçün kvant sistemindən istifadə edəcəklər.

Elektrik və sistem mühəndisliyi kafedrasının dosenti Junq-Tsung Shen-in fikrincə, belə bir üsul təhlükəsiz rabitə üçün yeni imkanlar açacaq. Bu, hərbi münaqişələrdə mühüm rol oynayan peyk İnternetinin vurulmasında, eyni zamandabütün hava şəraiti üçün yararlı olan effektli, daha güclü lazer şüası yaradılmasında mühüm rol oynayacaq.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
news365.az

1Mənbələr