AZ

Kayo Jorje “Yuventus”u “Kruzeyro”ya dəyişdi

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kayo Jorje Turin təmsilçisindən ayrılaraq Braziliya “Kruzeyro”suna keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliya klubu bu transfer üçün “Yuventus”a 7,2 milyon avro ödəyib. Kayonun yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmayıb.

Xatırladaq ki, Kayo Jorje “Yuventus”a 2021-ci ilin yayında yetirməsi olduğu “Santos”dan 7 milyon avro qarşılığında keçmişdi. 22 yaşlı forvard Turin klubunun əsas komandasında cəmi 11 oyuna çıxıb və fərqlənə bilməyib. Geridə qalmış 2023/2024 mövsümündə isə Jorje İtaliyanın digər klubu “Frozinone”də icarədə olub – 22 oyun, 3 qol və 1 assist.

Braziliyanın U-17 yığmasında oynamış Kayo Jorjeyə əsas millidə debüt şansı verilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
arena.az

1Mənbələr