AZ

Qәhraman qadınlarımız: Burçin Mutlu Pakdil

İdeal insan necə olmalıdır?

Bəziləriniz  "ideal insan"ı yalnız gözəl qadın və ya yaraşıqlı kişi kimi təsəvvür edə bilərsiniz. Başqaları bu şәxsin xarici görünüşünə çox əhəmiyyət verməyərək onun güclü və çevik olmasını istəyə bilər. Bәzilәri ‘’ideal insan’’nın  fəzilətli, əxlaqlı və dözümlü olmasına üstünlük verir. Bәzilәrini dә bu xüsusiyyәtlәrin bir arada olmasına üstünlük verә bilәr.

Cavab nə olursa olsun, hamımız bir müddət belə bir sual üzərində düşünürük, ətrafımızdakılarla müzakirə edәrik, amma sonra hәyatımıza davam edәrik. Beləliklə, “ideal insan” anlayışı yalnız bir xәyal və ya düşüncə olaraq mövcud olmağa davam edir.

Amma Burçin Mutlu Pakdil ‘’ideal insan’’  necә olmalıdır? sualı haqqında düşünüb. Əslində bu sual onun həyatını formalaşdırıb və müvəffəqiyyətli astrofizik olmasına səbəb olub.

Burçin Mutlu Pakdil İstanbulda dörd nəfərlik bir ailənin ən kiçik üzvü olaraq dünyaya gəlib.

Anası və atası iqtisadi səbəblərdən oxuya bilmədikləri üçün xüsusilə qızlarının oxumasına böyük әhәmiyyәt veriblәr.

Burçin Mutlu Pakdil universitetə ​​qəbul imtahanında çox yüksək bal toplayaraq fizika fakültәsini seçib. Әtrafdakı bir çox insan ona “tibb oxumalısan” deyərək məsləhətlər verib. Bəlkə atası da belə düşünüb ancaq bunu heç vaxt dilə gətirməyib, qızının qərarlarını həmişə dəstəkləyib.

Onun fizikanı seçməsinə səbəb isә orta məktəb illərində “Әn ideal insan’’ adlı tabşırığı olub. Burçin Mutlu Pakdil dünyanın ən ağıllı adamı olmaq istəyib. O, Eynşteyn haqqında çox sayda mәqalә oxuyub tabşırığını tamamlasa da, fizikaya, kosmosa və qara dəliklərə daha çox üstünlük verib. Ailəsi sosial həyatında da həmişə onun arxasında olub. Universitet illərində Burçin Mutlu Pakdil yasaq olsa da hicab geyinməyə qərar verib. Atası əvvəlcə “qızım, indi hicab geyinməyin vaxt deyil, dərs oxumaq vaxtıdır” desə də, o, qərarından vaz keçmәyib. Daha sonra bacısı “mən qısa ətək geyinə bilirәmsә bacım da hicab geyinə bilər” deyərək ailədaxili mübahisəni demokratik yolla bitirib.

2009-cu ildə Bilkent Universitetinin Fizika fakültəsini bitirən Burçim Mutlu Pakdil astrofizika təhsili almaq üçün Amerikaya gedib. Texas Texniki Universitetində magistraturanı müvəffəqiyyətlə bitirən Burçin Mutlu Pakdil daha sonra  Minnesota Universitetində Astrofizika üzrə doktorluq dərəcəsini alıb.

Pakdil doktoranturaya başlayanda hələ də orta məktəbdə keçirdiyi həyəcanı yaşayırdı. O, qara dəlikləri araşdırmaq istəyirdi. O, və müəllimi qara dəliklər və qalaktikalar arasındakı əlaqəni araşdırmağa başladı.

Tədqiqat zamanı o, arxivdə saxlanılan, lakin haqqında çox məlumat olmayan maraqlı bir obyekt görüb və onu araşdırmağa başlayıb.

Bu əslində rəsmi olaraq PGC 1000714 adlanan qalaktikadır vә Yerdən 359 milyon işıq ili mәsafәdә yerlәşir. Amma biz onu məşhur elmi mediada “Burçin qalaktikası” kimi tanıdıq. Xüsusiyyəti isә ikili halqa quruluşa malik olmasıdır. Bu kəşfin kainatdakı müxtəlif qalaktika növlərinin formalaşması və təkamülü haqqında olan mәlumatlara töhfə verəcəyi ümid edilir.

Burçin Mutlu Pakdil 2018-ci ildə dünyanın ən uğurlu on gənci sırasına daxil edilib.

2022-ci ilin iyul ayından etibarən Dartmut Kollecində Fizika və Astronomiya Departamentində köməkçi professor kimi kənar qalaktikalar üzrə araşdırmalarını davam etdirir.

Burçin Mutlu Pakdilin səyahəti bir sualla başladı və o, həyatını buna uyğun formalaşdırdı.

Maraqlandı, araşdırdı, cavabını tapdı, amma bu dəfə dә maraqlandığı başqa sualların cavabını axtarmağa başladı.

Maraq hissi onu bizim Süd Yolumuzdan çox-çox kənara, kainatın dərinliklərinə, müxtəlif qalaktikalara apardı, çünki Pakdilə görə “ideal insan” ağıllı insandır.

Hekayəmizi sual verən, araşdıran, maraqlanan hər kəsə və elmə mühüm töhfələr vermiş Burçin Mutlu Pakdilə hәsr etmәk istәrdik.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
trt.net.tr

1Mənbələr