AZ

Mate Kvirkviya və Adama Niane “Kəpəz”dən ayrıldılar - Rəsmi

Premyer Liqa təmsilçisi “Kəpəz” müqaviləsinin müddəti başa çatan 2 legioneri – Mate Kvirkviya və Adama Niane ilə anlaşmanı yeniləməyib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki legioner komandanı tərk edib. Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız sonuncu çempionatda “Kəpəz”də çıxış edib.

Klub xidmətlərinə görə bu futbolçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Mate Kvirkviya 2022-ci ilin iyul ayından “Kəpəz”in uğurları üçün çalışırdı. 27 yaşlı sağ vinger Gəncə klubunun heyətində 67 oyun keçirib. O, bu görüşlərdə 7 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. “Samtrediya”, “Qaqra”, “Rustavi”, “Dila”, “VIT Georgia”, “Torpedo” (Kutaisi), “Zestafoni”, “Dinamo” (Tiflis) kimi klublarda da oynamış Kvirkviya, ölkəsinin U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb.

Adama Niane isə 2023-cü ilik oktyabr ayından “Kəpəz”in sıralarında idi. Malili forvard Gəncə klubunun heyətində 20 oyuna çıxıb və 6 qol vurub. O, “Kəpəz”dən öncə İranın “Nassaji Mazandaran” komandasında forma geyinib. Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama “Nant”, “Trua”, “Soşo”, “Şarlerua”, “Dyunkerk” və “Ostende” kimi klubların da şərəfini qoruyub.

Adama Niane 7 oyunda Mali yığmasının da formasını geyinib. Amma o, bu görüşlərdə də fərqənə bilməyib.

“Kəpəz” daha öncə Elçin Əlicanov (“Zirə”) və Vüsal Məsimovla (“Səbail”) da yollarını ayırmışdı. Yeqor Xvalko isə Gəncə klubu ilə yeni müqaviləyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
arena.az

1Mənbələr